Tarix: 24-02-2022 | Saat: 23:15
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Rusiyaya qarşı sanksiayalar paketi hazırlayıb.
Qarabaginfo.az xəbər verir ki, sanksiayalar barədə ABŞ Prezidenti Cozef Bayden Böyük Yeddilik ölkələrinin görüşündən sonra açıqlama verib.
"Putin müharibəni seçdi və onun nəticələrini görəcək. Mən güclü sanksiyalar və yeni məhdudiyyətlər tətbiq etdim. Biz bu sanksiyaları xüsusi olaraq tərtib etmişik ki, onların uzunmüddətli təsirləri olsun. G7 liderləri ilə danışdım və hamımız razılaşdıq. Biz Rusiyanın dollar, funt sterlinq və ien ilə ticarət etməsinə mane olacağıq", - Bayden deyib.
Baydenin sözlərinə görə, Rusiya fond bazarı dəyərinin 50 faizini itirib:
"İndi biz Rusiya Mərkəzi Bankını və 1 trilyon dollarlıq aktivləri bloklayırıq. Biz onun ən böyük banklarının mövcudluğunu dondururuq. Daha 4 bankı blokladıq və onların ABŞ-dakı bütün aktivləri dondurulacaq".
Prezdeint qeyd edib ki, ABŞ və müttəfiqlərinin sanksiyaları Rusiyanın yüksək texnologiya sektoruna, eləcə də kosmik proqramına zərbə vuracaq:
"Təxminlərimizə görə, biz Rusiyaya yüksək texnologiyalı idxalın yarıdan çoxunu kəsəcəyik. Bu, onların təyyarələri modernləşdirməyi davam etmək qabiliyyətinə zərbə vuracaq. Bu, onların iqtisadi sahədə rəqabət qabiliyyətini azaldacaq”.
Digər xəbərlər