Saytımızı qiymətləndirin


 
 

Ukraynada müharibədə məhv edilən infrastruktur obyektlərinin sayı açıqlanıb
Tarix: 16-03-2022 | Saat: 08:15
Bölmə:Karusel / Region | çapa göndər

AzFakt

Rusiya ordusu müharibə başlayandan bu günə kimi sistematik olaraq Ukraynanın mülki infrastrukturunu məhv edib, artıq 3,5 min obyekt var.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib.

"Ukraynada təcavüzkar 3 500 infrastruktur obyektini, o cümlədən 230 nəqliyyat infrastrukturunu, əhalinin yaşayışını təmin edəb elektrik yarımstansiyaları və qaz kəmərləri kimi 165 obyekti tamamilə və ya qismən dağıdıb", - daxili işlər naziri qeyd edib.

Onun sözlərinə görə, dağılan obyektlər arasında Dövlət Fövqəladə Hallar Xidməti və Milli Polisin binaları var.

"Qismən və ya tamamilə dağıdılmış təhsil müəssisələrinin sayı 72-dir. İyirmi bir səhiyyə müəssisəsinə ziyan vurulub. Zərər görmüş yaşayış binalarının sayı hər gün dəyişir. İndi 2 700-dən çox dağıdılmış ev var. Sosial müəssisələrin sayı 10-dur. Digər obyektlər - onların arasında Dövlət Fövqəladə Hallar Xidməti, Milli Polis və s. binalar var - 400-dən çoxdur”, - nazir bildirib.



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər