Tarix: 24-02-2022 | Saat: 21:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
Maksim Medvedev Azərbaycan futbol tarixinə düşüb.
Qarabaginfo.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu adına yiyələnib.
Maksim şərəfini qoruduğu “Qarabağ”ın “Marsel”lə Konfrans Liqasındakı matçında rekordunu rəsmiləşdirib. Az öncə başlayan görüş onun qitə miqyaslı turnirlərdə 114-cü oyunu olub.
Avrokuboklarda 2009-cu ildə debüt edən Medvedev bununla da Rəşad Sadıqova məxsus rekordu arxada qoyub. “Neftçi”, “Kayserispor” və “Qarabağ”la qitə səhnəsinə çıxan sabiq “14 nömrə”nin hesabında 113 matç var.
Yalnız “Qarabağ”ın formasını geyinən Maksim Çempionlar Liqasında 35, Avropa Liqasında 66, Konfrans Liqasında 13 oyunda forma geyinib. Onun aktivində 3 qol var.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” – “Marsel” matçı saat 21:45-də başlayıb.
Digər xəbərlər