Rusiya tender elan edib terrorçuları Qarabağa toplamaq istəyir?
Tarix: 06-09-2021 | Saat: 12:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1373 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-09-2021 | Saat: 12:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Rusiya Federasiyasının Qarabağla əlaqədar son günlər apardığı siyasi xətt Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanır. Dövlət başçısının SNN Türk-ə verdiyi müsahibədə Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı bildirdiyi iradlardan sonra Rusiyanın Mariya Zaxarovanın dili ilə səsləndirdiyi saymazyana bəyanatın, Xocalıda erməni tərəfindən gətirilmiş bayrağın açılmasının, RF MN tərəfindən “Dağlıq Qarabağ silahlı birləşmələri” ifadəsinin səslənməsinin və Ağdərədə tutulan Azərbaycan əsgərinə qarşı etinasızlığın yaratdığı narazılığın əks-sədası kəsilməmiş, Rusiya vahid informasiya mərkəzinin “Dağlıq Qarabağ ərazisində tikinti işləri görülməsi üçün” daxili tender elan etməsi artıq gərginliyə səbəb olur.
Azərbaycan XİN-in diplomatik etirazı düzgün addım hesab olunsa da, etirazın yalnız “Dağlıq Qarabağ ərazisi” ifadəsinə olması işin bir tərəfidir. Rusiyanın əsas yanlışlığı burada yalnız səhv termin işlətməsi deyil, həm də tender elan etməsidir. Cəmi 2,1 milyon dollar məbləğində olan bu tikintini elə Rusiya MN-in tikinti batalyonları da görə bilər, istənilən dövlət tikinti idarəsi də. Tender elanını tamam başqa məqsədlər güdür və bu Azərbaycanın maraqlarına ziddir, həm də təhlükəsizlik məsələləri ilə bağlıdır. Təsəvvür edin ki, tenderi bu tenderin qalibi hansısa erməninin sahib olduğu tikinti şirkəti qazanır və yəqin elə belə də olacaq. Erməninin sahib olduğu şirkət tikinti üçün lazım olan mühəndis-fəhlə heyətinin sayını ikiqat, göstərir və mütəxəssislərlə yanaşı terrorçu dəstəsinin üzvlərini, eyni zamanda ideoloji təxribat aparacaq şəxsləri də bura əlavə edir. Təxribatları törədənlər “vəzifələrini” yerinə yetirir və təcili Qarabağı tərk edib, izi itirirlər. Eyni zamanda, başqa təxribatlar da törədəcəklər.
Azərbaycan bu vəziyyətdə öz şərtlərini irəli sürməlidir. Tender qalibi olacaq şirkət rəsmi şəkildə nəzarət olunan sərhəd buraxılış məntəqəsindən keçməli və ya Ermənistan tərəfdən keçdiyi halda Laçın yolunun bitdiyi dövlət sərhədinə sülhməramlılarla birgə nəzarət həyata keçirməlidir. İkinci variant daha strateji addım hesab olunur və ümumiyyətlə Azərbaycan dövlət sərhədinin bu hissəsinə nəzarət məsələsini artıq qaldırmalı və buna nail olmalıdır.
Separatçı rejimin özbaşınalıqları məlumdur, bəs Azərbaycan ərazisində Rusiya Federasiyası inşa etməyə hazırlaşdığı obyektləri niyə bizimlə razılaşdırmır? Modul şəhərciklərinin müvəqqəti olduğunu bilirik, amma fundamental inşaat mütləq Azərbaycanla razılaşdırılmalıdır.
Qeyd olunan məsələlər Azərbaycanın beynəlxalq hüquqla təsdiqlənmiş haqlarıdır, Rusiya tərəfinə bunları çatdırmaqda yalnız fayda var.
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
22-12-2025, 08:18
Trampın xüsusi nümayəndəsi: Rusiya və ABŞ arasında Florida danışıqları məhsuldar olub
24-04-2023, 21:51
AŞPA həmməruzəçiləri Azərbaycana səfər üçün dəvət göndərib
25-10-2024, 09:56
Prezident İlham Əliyev Qubadlının azad edilməsinin 4-cü ildönümü ilə bağlı paylaşım edib
14-06-2022, 11:06
Təhsil naziri: "Bütün məktəblərin 6 günlük olması xəbəri şayiədir"
24-03-2022, 18:36
Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
16-10-2024, 10:22
Balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub
1-02-2022, 13:13
Təhsil şöbəsinin müdiri icra başçısının 1-ci müavini TƏYİN OLUNDU
19-08-2022, 10:18
Bu yollarda tıxac var - SİYAHI
20-05-2022, 19:33
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı mini futbol çempionatı başa çatıb
8-12-2022, 17:40
“Tərtər işi”ndə cəza kəsənlərin özlərini hansı cəza gözləyir?

















