Saytımızı qiymətləndirin


 
 

Təhsil şöbəsinin müdiri icra başçısının 1-ci müavini TƏYİN OLUNDU
Tarix: 01-02-2022 | Saat: 13:13
Bölmə:Karusel / Təhsil | çapa göndər

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, müşavirə keçirilib.

 

Qarabaqinfo.az xəbər verir ki, RİH Başçısının müvafiq Sərancamı əsasında, icra başçısının 1-ci müavini vəzifəsinə təyin edilən Nəzərov Seymur Fazil oğlu Aparatın əməkdaşlarına təqdim edilib. İcra Başçısı, Seymur Nəzərova yeni vəzifə səlahiyyətlərinin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

 

Bildirilib ki, Seymur Nəzərov bu təyinatdan öncə rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Həmçinin müşavirədə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili və icra nümayəndəliklərində təsərrüfat başına kitabların yenidən dəqiqləşdirilməsi və elektron sistemə işlənilməsi, Goranboy şəhərində aparılan abadlıq işləri və 02 fevral Respublika Gənclər Günü ümumrayon tədbirinin hazırlanması ilə bağlı ərtaflı müzakirələr aparılıb.(moden.az)

 



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər