Saytımızı qiymətləndirin


 
 

Nazir: Rəsmi İrəvan Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib
Tarix: 24-02-2023 | Saat: 17:47
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Ceyhun Bayramov

 

Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan danışıqlardan yayınır və verilən təklifə heç bir izah vermədən ondan imtina edir: “Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Laçın yolundan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Bu da təbii ki, Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. O cümlədən dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi. Bilirik ki, məsələnin həlli üçün bəlli çağırışlar var. Həll yollarından biri kimi cənab Prezident Münxen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri ilə görüşdə, daha sonra panel müzakirəsi zamanı Ermənistan-Azərbaycan şərti sərhədində sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulmasını təklif etmişdi. Bu, yolda şəffaflığı təmin edə bilər. Çünki hər kəs bilir ki üçtərəfli bəyanatda nə yazılıb, tərəflərin öhdəliyi nədən ibarətdir. Ancaq şəffaflığın olmaması ciddi problem və suallar yaradır. Bu təklif işçi qaydada müzakirə ediləndə də beynəlxalq tərəfdaşlardan təklifin sağlam olduğunu eşitdik. Həmin görüşdə heç bir konkret cavab verilmədi. Lakin təxminən iki gün sonra Ermənistanın xarici işlər naziri heç bir izah vermədən bu təklifin Ermənistan üçün məqbul olmadığını açıqladı".

Nazirin sözlərinə görə, bu açıqlama bir daha göstərir ki, Ermənistan tərəfi üçtərəfli bəyanat üzrə öhdəliyini yerinə yetirməkdə maraqlı deyil.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər