Tarix: 31-10-2024 | Saat: 17:40
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyə Avropa Komissiyasının hazırladığı hesabatındakı ədalətsiz qiymətləndirmələri rədd edir.
Qarabaginfo.az xəbər ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Qeyd olunub ki, Türkiyə hesabatda makroiqtisadi siyasətlərdə əldə edilən irəliləyişlərə istinad edilməsi və Türkiyədə mövcud olan bazar iqtisadiyyatına uyğunlaşma səviyyəsinin vurğulanması isə diqqətəlayiqdir.
Bundan əlavə, hesabatda Türkiyənin Şərqi Aralıq dənizində konstruktiv rol oynadığı, Yunanıstanla münasibətlərini yaxşılaşdırdığı və Aİ ilə ticari məsələlərdə əməkdaşlığı inkişaf etdirdiyi vurğulanır.
“Digər tərəfdən, Hesabat Yunanıstanın və Rum tərəfinin (Kipr Respublikası - red.) reallıqla bir araya sığmayan qeyri-qanuni və maksimalist fikirlərini əks etdirir, Türkiyə və Şimali Kipr Türk Respublikasının haqlı narahatlıqlarını və haqlı siyasətlərini tamamilə görməzlikdən gəlir. Qeyd etmək istərdik ki, Kipr probleminin həlli formatına yalnız adadakı iki tərəf, üç qarant dövlət və Birləşmiş Millətlər Təşkilatı daxildir. İstənilən gələcək həll adada hər iki tərəfin razılığı ilə əldə edilməlidir”, - deyə bəyanatda vurğulanıb.
Digər xəbərlər