Saytımızı qiymətləndirin


 
 

Zelenskinin xüsusi nümayəndəsi: “Ukrayna Rusiya işğalçılarına qarşı müqavimət göstərir”
Tarix: 24-02-2022 | Saat: 12:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenskinin xüsusi nümayəndəsi: “Ukrayna Rusiya işğalçılarına qarşı müqavimət göstərir”

"Ukraynanın dövlət orqanları hərbi vəziyyətə uyğun fəaliyyət göstərir və vəzifələrini tam şəkildə icra edir".

Qarabaginfo.az xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının (parlament) Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin hakim “Xalqın xidmətçisi” Partiyasından üzvü, deputat, Prezident Volodimir Zelenskinin xüsusi nümayəndəsi Fyodor Venislavskiy deyib.

O, Kiyev vaxtı ilə saat 05:30-da Ukrayna Prezidentinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirdiyini xatırladıb. Bütün ölkə ərazisində hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzalanıb. Ukrayna Ali Radası ölkə Prezidentinin fərmanını 300 səslə təsdiq edib.

“Ukrayna Silahlı Qüvvələri Rusiya işğalçılarına qarşı müqavimət göstərir. Ukrayna Prezidenti daim Ukrayna xalqına müraciət edir və real vəziyyət barədə məlumat verir. Əhali arasında təşviş yoxdur”, - F.Venislavskiy deyib.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər