Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda gənc jurnalist qətlə yetirildi
Tarix: 22-02-2022 | Saat: 17:46
Bölmə:Karusel / Kriminal | çapa göndər

Bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

 

Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Qarabaginfo.az-a verilən məlumata görə, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. 


Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. 


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib. 


Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Əvəz Hafizli "Kanal 13"ün əməkdaşı olub. O, həm də LGBT fəalı kimi tanınırdı.



Xəbəri paylaş

232 dəfə oxunub.

Digər xəbərlər