Saytımızı qiymətləndirin


 
 

Xərçəng xəstəliyinin səhərlər müşahidə edilən əlaməti məlum olub
Tarix: 20-02-2022 | Saat: 18:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xərçəng xəstəliyinin səhərlər müşahidə edilən əlaməti məlum olub

Səhər yuxudan oyandıqdan dərhal sonra onkoloji xəstəliyin ilk əlamətlərindən biri - uzun müddət davam edən boğaz ağrısı görünə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Britaniyanın 

Daily Express” 

qəzetinə britaniyalı tibb müətəxəssisi Abbas Kənani deyib.

Mütəxəssis bildirib ki, boğaz ağrısı xərçəng xəstəliyinin ümumi xüsusiyyətidir, yuxudan oyananda nəzərə çarpır.

"İki həftədən çox davam edən və heç bir yaxşılaşma əlaməti olmayan şiddətli boğaz ağrısı ilə oyanmaq bir əlamət ola bilər", - mütəxəssis xəbərdarlıq edib.

Abbas Kənaninin fikrincə, xərçəngin ilkin əlamətlərinə səhərlər öskürək və səhər tezdən axşama qədər həddindən artıq müşahidə edilən yorğunluq da daxildir. Mütəxəssis qeyd edib ki, səhər saatlarında insanın özünü bir az yorğun hiss etməsində qorxulu heç nə yoxdur, lakin bu qeyri-adidirsə, onda tibbi müayinədən keçmək lazımdır.

Britaniyanın tanınmış tibb mütəxəssisi Sanjay Mehta da daha əvvəl bildirib ki, mədə xərçənginin bəzi əlamətləri erkən görünə bilər və beləliklə, xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verir. O qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki onun ilk əlamətləri qeyri-müəyyən olur və pasiyent əlamətləri başqa xəstəliklərlə qarışdıra bilər. Mehta mümkün əlamətlər arasında mədə qıcqırması, həzm sisteminin pozuntusu, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, həmçinin ürəkbulanma və qusma kimi halları qeyd edib.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər