Saytımızı qiymətləndirin


 
 

Makron: ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır
Tarix: 09-07-2024 | Saat: 19:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Makron: ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır

ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron alyansın 75-ci ildönümü münasibətilə keçirilən sammitindən öncə açıqlamasında deyib.

O, ABŞ və Almaniyanın Ukraynanın alyansa qoşulmağa dəvət edilməsinin şiddətlə əleyhinə olduğunu vurğulayıb.

“Nəticə etibarilə, Ukraynanın NATO-ya qoşulmağa dəvət edilməsi müttəfiqlərin qərarı olacaq”, - Fransa prezidenti deyib.

Makron NATO-nun Litvada keçirilən sonuncu sammitində Ukraynanın alyansa dəvət edilməməsinin ukraynalıların üzvlüklə bağlı ümidlərinə zərbə vurduğunu, Vaşinqton sammitinin ssenarisinin də eyni olacağı qənaətində olduğunu əlavə edib.

"Ukraynalılar qapı açıq olduğu, lakin o qədər də açıq olmadığı qənaətinə gələndə kifayət qədər əsəbiləşdilər. Məncə, Vaşinqton sammitinin ssenarisi də eynidir", - deyə Makron deyib.



Xəbəri paylaş

86 dəfə oxunub.

Digər xəbərlər