Ana Sayfa > Karusel / Siyasət > Makron: ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır
Makron: ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır9-07-2024, 19:13. Yazar: Admin |
ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır. Qarabaginfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron alyansın 75-ci ildönümü münasibətilə keçirilən sammitindən öncə açıqlamasında deyib. O, ABŞ və Almaniyanın Ukraynanın alyansa qoşulmağa dəvət edilməsinin şiddətlə əleyhinə olduğunu vurğulayıb. Makron NATO-nun Litvada keçirilən sonuncu sammitində Ukraynanın alyansa dəvət edilməməsinin ukraynalıların üzvlüklə bağlı ümidlərinə zərbə vurduğunu, Vaşinqton sammitinin ssenarisinin də eyni olacağı qənaətində olduğunu əlavə edib. "Ukraynalılar qapı açıq olduğu, lakin o qədər də açıq olmadığı qənaətinə gələndə kifayət qədər əsəbiləşdilər. Məncə, Vaşinqton sammitinin ssenarisi də eynidir", - deyə Makron deyib. Geri dön |