Saytımızı qiymətləndirin


 
 

Dünya liderləri Ukrayna ətrafında vəziyyətin dərhal deeskalasiyasına çağırıblar
Tarix: 19-02-2022 | Saat: 08:32
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Dünya liderləri Ukrayna ətrafında vəziyyətin dərhal deeskalasiyasına çağırıblar

Avropa İttifaqı, NATO və ABŞ liderləri cümə günü axşam saatlarında telefon danışığı keçiriblər və onlar narahatedici xəbərlər fonunda Ukrayna ətrafında vəziyyətin dərhal deeskalasiyasına çağırıblar.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

“Amerika və transatlantik liderlərlə telefon danışığında Rusiya və Ukrayna ətrafında baş verən son hadisələr müzakirə olunub. Onlar həyəcan verici xəbərlər fonunda gərginliyin dərhal azaldılmasına çağırıblar. Avropa İttifaqı diplomatiyaya sadiqdir və Ukraynanı dəstəkləmək üçün birləşib”, - Mişel tvitter hesabında yazıb.

Eyni zamanda söhbət barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.

“Ukraynada və onun ətrafında davam edən təhlükəsizlik böhranı ilə bağlı Co Bayden və transatlantik liderlərlə yaxşı telefon danışığı baş tutub. Biz diplomatik səylərimizi davam etdiririk və razılaşırıq ki, Rusiyanın növbəti təcavüzü baha başa gələcək”, - alyansın baş katibi tvitter hesabında yazıb.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər