Saytımızı qiymətləndirin


 
 

Zəlzələ nəticəsində dağıntı, insan xəsarəti barədə məlumat daxil olmayıb- FHN
Tarix: 05-09-2024 | Saat: 12:26
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 05.09.2024-cü il tarixində yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

 



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 15:55Şeyx Rusiyaya gedir