Tarix: 18-02-2022 | Saat: 07:21
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna "Normand dördlüyü" (Almaniya, Fransa, Rusiya və Ukrayna) səviyyəsində danışıqları bərpa etməyə hazırdır.
Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa bildirib.
“Ukraynanın xarici işlər nazirinin (Dmitri Kuleba) də dediyi kimi, Prezidentimiz (Volodimir Zelenski) həmişə (Rusiya Prezidenti Vladimir Putin) ilə şəxsi görüşdə və onunla danışıqlarda təkid edir”, - Kislitsa deyib.
O, həmçinin xatırladıb ki, Ukrayna xarici işlər naziri də Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq istəyini açıqlayıb.
"Biz bütün formatlarda, o cümlədən "Normand dördlüyü" səviyyəsində danışıqları bərpa etməyə hazırıq. Təəssüf edirik ki, Rusiya hələ də "Normand dördlüyü"nün sammitini keçirmək istəmədiyini bildirir", - Kislitsa BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Ukrayna üzrə danışıqların “Normand formatı” 2014-cü ilin iyun ayından mövcuddur.
Digər xəbərlər