Saytımızı qiymətləndirin


 
 

“Azəriqaz” Yasamalda baş vermiş yol qəzası ilə bağlı açıqlama yayıb
Tarix: 08-08-2019 | Saat: 16:39
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

Avqustun 7-də günorta saatlarında Bakının Yasamal rayonunun Hüseyn Cavid prospekti, 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOKAR) “Azəriqaz” İstehsalat Birliyinə məlumat daxil olub.

Qarabaginfo xəbər5 verir ki, “Azəriqaz”dan “Report.az”a istinadənxəbər verir ki, əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib: "Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb.

Təqribən 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Əvvəlki korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xəttləri də əvəzm edilib. Bu gün qazılmış hissənin örtülməsi icra olunur.

İlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb”.

Ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər".



Xəbəri paylaş

537 dəfə oxunub.

Digər xəbərlər