Tarix: 17-02-2022 | Saat: 07:09
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ və Rusiya təyyarələri Aralıq dənizində ötən həftə bir neçə dəfə təhlükəli şəkildə bir-birinə yaxın uçublar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.
İnsidentlər fevralın 11 və 12-də beynəlxalq hava məkanında baş verib.
Nəşr iddia edir ki, Rusiyanın üç Su-35 qırıcısı Amerikanın üç P-8A kəşfiyyat təyyarəsinin uçuş yolunu keçib. Bir anda iki ölkənin təyyarələri bir-birindən 5 metr) məsafədə olublar.
Pentaqon iki hadisəni təhlükəli, üçüncünü isə qeyri-peşəkar kimi qiymətləndirib.
“Biz narahatlığımızı diplomatik kanallar vasitəsilə Rusiya rəsmilərinə çatdırmışıq. Heç bir tərəf zərər görməsə də, bu cür hərəkətlər təhlükəli fəsadlara gətirib çıxara bilər”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Mayk Kafka bildirib.
Digər xəbərlər