Ana Sayfa > Karusel / Dünya > KİV: ABŞ və Rusiya təyyarələri Aralıq dənizi üzərində təhlükəli məsafədə uçub
KİV: ABŞ və Rusiya təyyarələri Aralıq dənizi üzərində təhlükəli məsafədə uçub17-02-2022, 07:09. Yazar: Admin |
ABŞ və Rusiya təyyarələri Aralıq dənizində ötən həftə bir neçə dəfə təhlükəli şəkildə bir-birinə yaxın uçublar. Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb. İnsidentlər fevralın 11 və 12-də beynəlxalq hava məkanında baş verib. Nəşr iddia edir ki, Rusiyanın üç Su-35 qırıcısı Amerikanın üç P-8A kəşfiyyat təyyarəsinin uçuş yolunu keçib. Bir anda iki ölkənin təyyarələri bir-birindən 5 metr) məsafədə olublar. Pentaqon iki hadisəni təhlükəli, üçüncünü isə qeyri-peşəkar kimi qiymətləndirib. “Biz narahatlığımızı diplomatik kanallar vasitəsilə Rusiya rəsmilərinə çatdırmışıq. Heç bir tərəf zərər görməsə də, bu cür hərəkətlər təhlükəli fəsadlara gətirib çıxara bilər”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Mayk Kafka bildirib. Geri dön |