Saytımızı qiymətləndirin


 
 

Uşaqlar arasında “Omicron“a yoluxma artıb - Nazirlik təsdiqlədi
Tarix: 16-02-2022 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Uşaqlar arasında “Omicron“a yoluxma artıb - Nazirlik təsdiqlədi

“Hazırda uşaqlar arasında “Omicron” virusuna yoluxma artıb”. 

 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Yenisabah.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib.

Ə.Quliyev ümumilikdə uşaqlar arasında virusa yoluxma halları ilə bağlı müraciətlərdə azalma müşahidə edildiyini vurğulayıb:

“Bildiyiniz kimi, ötən aylarda uşaqlar arasında xəstələnmə halları çoxalmışdı. Həmin vaxt “İnfluenza” virusuna daha çox rast gəlirdik. Hazırda “İnfluenza” virusuna yoluxmada nisbətən azalma müşahidə edilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, uşaqlar arasında kəskin ağırlaşma müşahidə edilmir:

“Qızdırma, hərarət və öskürəklə müraciət edənlər 2-3 günə siptomatik müalicə ilə sağalırlar. Ümumillikdə virusla bağlı şikayətlər artmayıb”.



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər