Saytımızı qiymətləndirin


 
 

Ekspert: "Türkiyənin Ukrayna-Rusiya böhranında missiyası gərginliyi azaltmaqdır"
Tarix: 14-02-2022 | Saat: 18:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Hər zaman olduğu kimi, Türkiyənin dünyada və regionda gedən proseslərdə mövqeyi bu gün də ölkələr arasında münasibətlərin güclənməsi və birgə əməkdaşlığın təmin olunması istiqamətindədir. Türkiyənin Ukrayna ilə Rusiya arasındaki qarşıdurmada da əsas missiyası gərginliyi azaltmaqdır"

Qarabaginfo.az bildirir ki, bu fikirləri "Report"un yerli bürosuna türkiyəli hərbi ekspert Mete Yarar bildirib.

Onun sözlərinə görə, mövcud konflikti yalnız Rusiya-Ukrayna böhranı kimi qiymətləndirmək doğru deyil: "Bu münaqişə təkcə Ukrayna-Rusiya əlaqələrini əks etdirmir, eyni zamanda NATO və Şərq bloku arasında gec-tez başlayacaq güc müharibəsinin əlamətləridir"

Ancaq ekspertin fikrincə, son günlərdə daha da dərinləşən Ukrayna-Rusiya böhranı müharibəyə çevrilməyəcək: "Hesab edirəm ki, xüsusilə indiki vəziyyətdə Rusiya ilə Ukrayna arasındaki siyasi-hərbi böhranın qaynar müharibəyə çevrilmə ehtimalı azdır. Rusiya Prezidentinin də ötəngünkü çıxışında müharibənin Rusiyaya sərf etmədiyi, ancaq bir ehtimal kimi istisna edilmədiyi də öz əksini tapdı"



Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70