Polşada koronavirusun "omikron" ştamının iki yeni variantı müəyyən edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa səhiyyə nazirinin müavini Valdemar Kraska Polşa bildirib.
"Bizim artıq "omikron" ştamının ölkəmizdə müşahidə olunan iki yeni alt variantı var", - o qeyd edib.
O əlavə edib ki, Səhiyyə Nazirliyi hələlik bu variantların "özünü necə aparacağını və xəstəliyin hansı kursunu verəcəyini" bilmir: "Koronavirus gündəlik həyatımızdan o qədər də asanlıqla uzaqlaşmayacaq. Düşünürəm ki, müəyyən vərdişlər, öyrəşdiyimiz müəyyən qaydalar, yəni məsafə, dezinfeksiya, maskalar bizimlə qalmalıdır, bəlkə də əbədi deyil, təbii ki, daha uzun müddətə".