Saytımızı qiymətləndirin


 
 

ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qanun layihəsi hazırlayıb
Tarix: 21-06-2024 | Saat: 17:24
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanıyan ikitərəfli qanun layihəsi hazırlayıb.

Qarabaginfo.az xəbər verir ki, sənədi respublikaçı senator Lindsi Qrem və onun həmkarı, demokrat Riçard Blumental təqdim ediblər.

Təşəbbüs müəlliflərinin fikrincə, Rusiyaya belə bir statusun verilməsi prezident Vladimir Putini Ukraynadakı müharibəyə, Afrikadakı dağıdıcı hərəkətlərə görə cəzalandırmaq üçün ABŞ-ın əlində olan alətləri əhəmiyyətli dərəcədə artıracaq.

Qrem bildirib ki, Rusiyanın Şimali Koreya ilə hərbi ittifaq haqqında bu yaxınlarda əldə etdiyi razılaşma səbr kasasını daşıran son damla oldu və ABŞ-ın öz qiymətləndirmələrində artıq özünü saxlamağa ehtiyacı yoxdur.

“Putinin iyunun 19-da etdiklərini nəzərə alaraq, administrasiyanı Rusiya rejimini terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağırıram”, – senator deyib.



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər
9-11-2020, 13:47 İranın Şuşa təbriki