Saytımızı qiymətləndirin


 
 

"Qarabağ"ın matçı təxirə salındı
Tarix: 14-02-2022 | Saat: 12:36
Bölmə:Karusel / İdman | çapa göndər

 

 

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən "Qarabağ” klubu yarışın play-off mərhələsində Fransanın "Marsel” klubu ilə qarşılaşacaq.
 
Qarabaginfo.az xəbər verir ki, 17 fevral tarixdə Fransada, 24 fevral tarixdə Azərbaycanda meydana çıxacaq "Qarabağ” klubu vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Azərbaycan Premyer Liqasının XVI  turunda 20 fevral tarixdə "Sumqayıt”a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib.
"Qarabağ”ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəərə alan Peşəkar Futbol Liqası "Sumqayıt”ın da razılığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının XVI turunun "Qarabağ” – "Sumqayıt” oyununu 20 fevral tarixindən 12 may tarixinə təxirə salıb.


Xəbəri paylaş

234 dəfə oxunub.

Digər xəbərlər