Saytımızı qiymətləndirin


 
 

Deputat Naftalanda şəhidin il mərasimində iştirak edib
Tarix: 14-02-2022 | Saat: 11:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat Naftalanda şəhidin il mərasimində iştirak edib – FOTO

Naftalanda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Bəxtiyar Aslanovun il mərasimi keçirilib. Mərasimdə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov, Naftalan şəhər İcra Hakimiyyətinin və YAP Naftalan şəhər təşkilatının əməkdaşları, hüquq mühafizə orqanlarının nümayəndələri, şəhər Ağsaqqallar Şurasının üzvləri və şəhər ictimaiyyəti iştirak edib.  

Qarabaginfo.az Yeni Gündəm-ə istinadən xəbər verir ki, il mərasimində şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, həmçinin dövlətimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qardaşlarımız yad edilib, valideynlərinə səbr dilənib, şəhidlərimizin döyüş yolundan, vətənpərvərliyindən, onların vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarından danışılıb.

Onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid Bəxtiyar Aslanov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.



Xəbəri paylaş

401 dəfə oxunub.

Digər xəbərlər