ABŞ administrasiyası Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi dəqiq şəkildə proqnozlaşdırmaq iqtidarında deyil.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
"Biz günü dəqiq proqnozlaşdıra bilmərik, amma Rusiyanın Ukraynanı istənilən gün işğal edə biləcəyini, böyük hərbi əməliyyat başlada biləcəyini deyirik. Gələn həftə, yaxud Olimpiyadanın sonuna qədər... Əlbəttə, bu, Olimpiyadadan sonra da baş verə bilər.Yaxud, hələ də mümkündür ki, Rusiya diplomatiya yolunu seçsin”, - deyə Sallivan bildirib.("Unikal")