Saytımızı qiymətləndirin


 
 

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub
Tarix: 12-02-2022 | Saat: 12:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qurbanqulu Berdiməhəmmədov

 

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub.

Qarabaginfo.az "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının rəsmisi bildirib.

Onun sözlərinə görə, ölkədə prezident seçkiləri martın 12-də keçiriləcək.

2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır, lakin o, fevralın 11-də Parlamentin yuxarı palatasındakı çıxışında çətin qərar verdiyini və dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib. Qurbanqulu Berdiməhəmmədovun 40 yaşlı oğlu Sərdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlaması ilə bağlı iddialar var. Prezidentin 40 yaşlı oğlu hazırda Baş nazirin müavinidir. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda çalışıb.(Apa)



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər
1-09-2024, 12:47 Eldar Əzizov səs verdi