Saytımızı qiymətləndirin


 
 

Fransa daha 6 nüvə reaktoru inşa etmək istəyir
Tarix: 12-02-2022 | Saat: 08:38
Bölmə:Karusel / Dünya | çapa göndər

 Fransa daha 6 nüvə reaktoru inşa etmək istəyir

Fransa yaxın onilliklər ərzində öz ərazisində 6 yeni nüvə reaktoru inşa edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron məlumat verib. Fransanın yeni nüvə strategiyasını təqdim edən dövlət başçısı ölkədə atom sənayesinin inkişafı üçün lazımi şəraitin mövcud olduğunu bildirib. Makronun sözlərinə görə, yeni nəsil reaktorların inşası və istismarı ilə dövlət enerji şirkəti EDF məşğul olacaq. 6 nüvə reaktorunun tikintisi təxminən 50 milyard avroya başa gələcək.

Fransa prezidenti bildirib ki, ilk reaktorun 2035-ci ildə istismara verilməsi planlaşdırılır. Ölkədəki köhnə nüvə reaktorlarının bağlanması məsələsinə gəlincə, Emmanuel Makron buna qarşı çıxıb və onların istismar müddətinin 50 ildən çox uzadılmasına nail olacağını vəd edib.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70