Saytımızı qiymətləndirin


 
 

Fevral ayının ötən dövründə havanın temperaturu iqlim normasından yüksək olub
Tarix: 11-02-2022 | Saat: 17:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fevral ayının ötən dövründə havanın temperaturu iqlim normasından yüksək olub

Azərbaycanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 2-6°C yüksək, yağıntısız və qeyri-sabit hava şəraiti müşahidə olunub.

Qarabaginfo.az xəbər verir ki, havanın dekadalıq orta temperaturu Maştağada 6.0ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-8⁰C, Lənkəran-Astara bölgəsində 7-10ºC, Quba- Xaçmazda 2-4ºC, Şəki-Zaqatalada 5-8⁰C, Dağlıq Şirvan bölgəsində 3-4ºC, Gəncə-Daşkəsəndə 0-8ºC, Qazax-Tovuzda 2-6⁰C, Qarabağ bölgəsində 8-9ºC və Naxçıvanda 2,5ºC təşkil edib.

Havanın minimum temperaturu Acınohurda 2ºC, Astarada 1ºC, Maştağa və Lənkəranda 0ºC, Cəfərxan,Gəncə, Ceyrançöldə -2ºC, Göyçay, Zərdab, Şəki və Bərdə -3ºC,Qəbələdə -5 ºC, Şamaxı, İsmayıllıda -6ºC, Gədəbəydə -7⁰C, Daşkəsən, Quba və Naxçıvanda -8ºC, Mərəzədə - 10⁰C qeydə alınıb.

Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 4-16 mm, Lənkəran-Astara bölgəsində Astarada 9 mm, Maştağa və Mərəzədə 2 mm qeydə alınıb. Naxçıvanda qar örtüyünün izi müşahidə edilib.

Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-86%, Gəncə-Daşkəsəndə 36-87%, Qazax-Tovuz bölgəsində 58-75%, Qarabağda 56-61%, Naxçıvan 71%, Maştağada 80%, Lənkəran-Astara bölgəsində 46-66%, Mil-Muğanda 55-71%, Şəki-Zaqatalada 41-64%, Quba-Xaçmaz bölgəsində 74-85%, Mərkəzi Aranda 54-59% təşkil edib.

Rütubət çatışmazlığı Dağlıq Şirvan bölgəsində 1-4 hPa, Gəncə-Daşkəsəndə 1-8 hPa, Qazax-Tovuz bölgəsində 2-5 hPa, Qarabağda 5-6 hPa, Naxçıvan HMS-da , Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Lənkəran-Astarada 2-5 hPa, Şəki-Zaqatala bölgələrində 4-7 hPa, Mil-Muğan 2-5 hPa, Mərkəzi Aranda 5 hPa olub.

Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Goranboyda 2 gün, küləyin maksimum sürəti 32 m/san, Daşkəsən və Tərtərdə 3-4 gün, maksimal sürət 28 m/san, Bərdədə 1 gün, maksimal sürət 25 m/san, Zərdab və Tovuzda 1-2 gün, maksimal sürət 24 m/san, Mərəzə və Göyçayda 2-5 gün, maksimal sürət 22 m/san, Şəki və Gəncədə 1- 3 gün 20 m/san qeydə alınıb.



Xəbəri paylaş

305 dəfə oxunub.

Digər xəbərlər