Tarix: 01-11-2021 | Saat: 10:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir.
Qarabaginfo.az xəbər verir ki, yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız respublikalarının Baş prokurorları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər nümayəndələri qatılıblar.
Tədbirdə həmçinin iştirakçı dövlətlərin və Macarıstanın Azərbaycandakı səfirləri iştirak edirlər.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev iclası açaraq böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla dostluq və qardaşlıq təməlləri əsasında yaradılacaq Şuranın regional təhlükəsizlik, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Bundan sonra, Baş prokuror Kamran Əliyev dövlət başçısı İlham Əliyevin iclas iştirakçılarına salamlarını və Şuranın yaradılması ilə bağlı təbriklərini çatdırıb.
Daha sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iclas iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş olunub.
İclasda çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş Katibinin müavini Mirvoxid Azimov türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə təsis ediləcək Şuranın mühüm əhəmiyyət malik olacağını vurğulayıb.
Tədbirə qonaq qismində dəvət olunan Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çol-Kyu Hvan çıxış edərək qlobal, o cümlədən regional təhdidlərə qarşı mübarizədə birgə platformaların önəminə diqqət çəkib, Şura üzvlərinin əldə edilmiş təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq imkanına malik olacaqlarını bildirib.
Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin imzalanması mərasimi baş tutub.
Digər xəbərlər