Saytımızı qiymətləndirin


 
 

Gədəbəydə 87 yaşlı qadını tövlədə bağlayan şəxs barəsində cinayət işi başlanıb
Tarix: 03-06-2021 | Saat: 16:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

#

Gədəbəyin İvanovka kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayılıdqdan sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gedərək qadını kənd ərazisində gəzərkən aşkarlayıb, onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra, aidiyyəti qurumlara məlumat verib və qadın Göygöl rayon 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib.

Qarabaginfo.az-ın məlumatına görə, daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirkəri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci ( Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər