Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif olunub.

Qarabaginfo.az-ın məlumatına görə, ona Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin müvafiq əmrilə  “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı verilib.

Medal DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Mehdiyev tərəfindən təqdim edilib. Niyazi Bayramov Azərbaycan gömrüyünün yaranmasının 30 illik yubileyi münasibətilə bu sahədə çalışanların peşə bayramını təbrik edib və işlərində uğurlar arzulayıb.