Saytımızı qiymətləndirin


 
 

ABŞ-da illik inflyasiya maksimuma çatıb
Tarix: 11-02-2022 | Saat: 00:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ-da illik inflyasiya maksimuma çatıb

Bu ilin yanvar ayında ABŞ-da illik illik inflasiya 7,5 faizə qədər sürətlənib və ay ərzində 0,6 faiz təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, ölkədə illik inflyasiya təxminən son 40 ildə pik həddinə çatıb.

“Bloomberg” jurnalistlərinin sorğusuna cavab verən ekspertlər bildiriblər ki, illik inflyasiyanın 7,3% olacağını gözləyirdilər. Ötən ilin dekabrında artım 7% olub.

ABŞ prezidenti Co Bayden bu məlumatların dərci ilə bağlı verdiyi açıqlamada onun üçün iqtisadiyyatda prioritetlərin iş yerlərinin yaradılması və qiymətlərin aşağı salınması olduğunu qeyd edib. Bayden əmin edib ki, ABŞ səlahiyyətliləri ölkə bazarında rəqabətin artmasına kömək etmək niyyətindədir.

ABŞ-da səkkizinci aydır ki, inflyasiya 5%-lik həddi keçib. Analitiklərin fikrincə, belə qiymət artımı ölkənin mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyatlar Sisteminin əsas faiz dərəcəsini vaxtından əvvəl artırmasına səbəb olacaq.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər