Tarix: 28-10-2022 | Saat: 10:27
Bölmə:Karusel | çapa göndər
Azərbaycan Yazıçılar Birliyi (AYB) XIII qurultayın keçirilməsi üçün ayrılan 203 min manatla bağlı hesabat verəcək.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məbləğin hansı istiqamətlər üzrə xərclənməsi maliyyə hesabatı zamanı açıqlanacaq: "Bu hesabatın verilməsi isə dekabr ayının sonuna təsadüf edəcək".
Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.
Tədbirdən sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən", deməsi böyük qalmaqala səbəb olub.
Digər xəbərlər