Saytımızı qiymətləndirin


 
 

“Hər iki lider Almatı Bəyannaməsinə sadiqliyini təsdiqləyib” –ŞARL MİŞEL
Tarix: 17-07-2023 | Saat: 13:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş Brüssel görüşündə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsi müzakirə edilib.

Bunu Şarl Mişel görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini ifadə ediblər.

“Hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliyini bir daha təsdiqləyib”, – Şarl Mişel vurğulayıb.

Şarl Mişel Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının iyulun 12-də baş tutmuş görüşünü alqışladığını qeyd edib:

“Mən iyulun 12-də iki sərhəd komissiyalarının görüşünü alqışladım”.

O, Azərbaycan və Ermənistan liderlərinin delimitasiya komissiyalarının işinin intensivləşdirilməsinə razılaşdıqlarını diqqətə çatdırıb.

“Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini bir daha təsdiqlədilər. Mən hər iki sərhəd komissiyasının 12 iyul görüşünü alqışladım. Bu komissiyaların statusları və delimitasiyanın əsasları ilə bağlı müzakirələr üzərində işlər irəliyə aparılıb. Çox vacibdir ki, liderlər komissiyaların işinin sürətləndirməsi və intensivləşdirməsinə razılaşdılar”, – deyə Şarl Mişel bildirib. (APA)



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər