Saytımızı qiymətləndirin


 
 

Gürcüstan da Fransa “Bastion”larının Ermənistana tranzitini TƏSDİQLƏDİ
Tarix: 14-11-2023 | Saat: 10:33
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan da Fransa “Bastion”larının Ermənistana tranzitini TƏSDİQLƏDİ

 

“APM Terminals Poti” şirkəti Ermənistan üçün nəzərdə tutulmuş Fransanın “Bastion” hücum zirehli maşınlarının tranzitini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, şirkət bu haqda “Azadlıq” radiosunun Gürcüstan xidmətinə açıqlamasında bildirib.

“Bu konkret halda yük Avropa İttifaqı ölkəsindən - Fransadan gəlib və sanksiyalara məruz qalmayan Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulan məhdudiyyətlər olmadığından, “APM Terminals Poti” sanksiyaya məruz qalmayan yükləri qəbul etməkdən əsassız olaraq imtina etmək imkanından məhrumdur", - Poti limanını idarə edən şirkət açıqlamasında bildirib.

Fransanın “Ouest France” nəşri bir gün əvvəl yazmışdı ki, “Bastion”lar əvvəlcə Ukrayna üçün nəzərdə tutulub, lakin Kiyevdə onlar artilleriya atəşindən və tank əleyhinə raketlərdən çox zəif qorunmuş hesab edilib.

Gürcüstanın rəsmi qurumları Fransa hərbi texnikasının tədarükü ilə bağlı məlumatları şərh etmir.

Erməni mətbuatı Ermənistan Müdafiə Nazirliyinin mövqeyi ilə maraqlanıb. “Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair rəsmi hesabat və bəyanatlardan başqa, biz hazırda hər hansı əlavə məlumat verə bilmərik”, - deyə Ermənistan Müdafiə Nazirliyi bildirib.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər