Saytımızı qiymətləndirin


 
 

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb
Tarix: 23-04-2025 | Saat: 17:23
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb.

Bu barədə Qarabaginfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabatda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Kommersiya Məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi üzrə müflisləşmə sahəsində mübahisələrə dair statistika əks olunub. Portalın "Məhkəmə statistikası" bölməsində yerləşdirilən məlumatlar hər il yenilənir və istifadəçilərə açıq şəkildə təqdim edilir.

Hesabatla linkə keçid edərək tanış olmaq mümkündür.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

 



Xəbəri paylaş

154 dəfə oxunub.

Digər xəbərlər