Cənubi Koreya ilə Şimali Koreya arasında tammiqyaslı müharibənin birinci ili qlobal iqtisadiyyata təxminən 4 trilyon dollara başa gələcək. Bu da planetin ümumi ÜDM-nin 3,9 faizini təşkil edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Agentlik qeyd edir ki, iki ölkə arasında müharibə başlayarsa, nəticələri dağıdıcı olacaq.
Nəşr qeyd edir ki, 4 trilyon dollarlıq rəqəm Ukrayna münaqişəsinə xərclənən vəsaitdən iki dəfə çoxdur. İnsan tələfatından danışarkən agentlik 26 milyon insan rəqəminə istinad edir.
Cənubi Koreya həm də mühüm yarımkeçirici istehsalçısıdır. Onun məhsullarını həm ABŞ, həm də Çin alır. Agentliyin məlumatına görə, KXDR çox güman ki, yüksək texnologiyalı müəssisələri vurmağa çalışacaq ki, bu da təchizatın pozulmasına və digər ölkələrin ÜDM-nin azalmasına səbəb olacaq.