Tarix: 10-02-2022 | Saat: 17:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri cari ilin yanvar ayında gündəlik neft istehsalını 64 min barel artıraraq (noyabr ayı ilə müqayisədə) 27,98 mln. barelə çatdırıb.
Bu barədə Qarabaginfo.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 135% yerinə yetirib.
Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, yanvar ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 2 881 min barel azaldıb, bu da "OPEC+" çərçivəsində olan öhdəliyi 751 min barel üstələyib.
Digər xəbərlər