Ana Sayfa > Karusel / Gündəm > OPEC ölkələri yanvarda "OPEC+" öhdəliklərini 135% yerinə yetirib
OPEC ölkələri yanvarda "OPEC+" öhdəliklərini 135% yerinə yetirib10-02-2022, 17:57. Yazar: Admin |
OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri cari ilin yanvar ayında gündəlik neft istehsalını 64 min barel artıraraq (noyabr ayı ilə müqayisədə) 27,98 mln. barelə çatdırıb. Bu barədə Qarabaginfo.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir. Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 135% yerinə yetirib. Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, yanvar ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 2 881 min barel azaldıb, bu da "OPEC+" çərçivəsində olan öhdəliyi 751 min barel üstələyib. Geri dön |