Saytımızı qiymətləndirin


 
 

İran prezidenti Rusiyaya səfəri ərəfəsində Ali liderin müşaviri ilə məsləhətləşmələr aparıb
Tarix: 18-01-2022 | Saat: 07:14
Bölmə:Karusel / Region | çapa göndər

İbrahim Rəisi

 

İran Prezidenti İbrahim Rəisi Rusiyaya səfəri ərəfəsində Ali lider Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə məsləhətləşib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ə.Ə.Vilayəti “Tasnim”ə bildirib.

Müşavirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə İbrahim Rəisi arasında baş tutacaq danışıqlarda əsas həlledici rol oynayan nüvə sazişi məsələsi müzakirə ediləcək. O, əlavə edib ki, bu məsələ ilə bağlı mütləq məsləhətləşmələr aparılmalıdır.Qeyd edə ki, Ötən ilin sonunda İran hökumətinin rəsmi nümayəndəsi Bahadari Cəhromi prezident Rəisinin Putinin dəvəti ilə 2022-ci ilin əvvəlində Rusiyaya səfər edəcəyini açıqlamışdı.

Dumanın birinci vitse-spikeri Aleksandr Jukov isə dünən İran prezidentinin yanvarın 20-də parlamentin aşağı palatasının iclasında çıxış edəcəyini bildirib.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər