Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın axtarışa verdiyi tanınmış türk iş adamı öldürüldü
Tarix: 09-02-2022 | Saat: 00:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ-ın axtarışa verdiyi tanınmış türk iş adamı öldürüldü

Tanınmış kiprli türk iş adamı Halil Falyalı silahlı hücum nəticəsində həyatını itirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, evinin yaxınlığında Halil Falyalı və həyat yoldaşının maşınlarının da olduğu konvoya silahlı hücum edilib.

Ağır yaralı olaraq xəstəxanaya çatdırılan H.Falyalının həyatını xilas etmək mümkün olmayıb. Onun sürücüsü hadisə yerində dünyasını dəyişib.

Hücum zamanı Falyalı ailəsinin başqa avtomobildə olduğu və həmin avtomobilə atəş açılmadığı bildirilib.

Qeyd edək ki, Halil Falyalı ötən ilin oktyabrında “quldurluq” və “məcburi saxlama” işi üzrə mühakimə olunaraq həbs edilmişdi. Girne Rayon Məhkəməsində qaldırılan iş təqibsizlik səbəbi ilə geri götürülərək Falyalı dekabrda azadlığa buraxılmışdı.

Xatırladaq ki, Falyalı 2016-cı ildən çirkli pulların yuyulması və narkotik ticarəti ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər
30-03-2022, 19:21 Rusiyada zəlzələ oldu