Saytımızı qiymətləndirin


 
 

Təyyarədə yanğın oldu- 200-dən çox sərnişin təxliyyə olundu
Tarix: 11-01-2025 | Saat: 12:45
Bölmə:Karusel / Dünya | çapa göndər

Delta Hava Yollarına məxsus bir təyyarə mühərrik problemi səbəbindən uçuşunu ləğv etdikdən sonra Atlantadakı Hartsfield-Cekson Hava Limanının qarlı uçuş-enmə zolağına təxliyə olunub.

Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yüngül xəsarət alıb.

Sərnişinlərdən biri- Kertis Ceyms təyyarənin səmaya qalxarkən mühərrikdə bir problem meydana gəldiyini və yanğın baş verdiyini bildirib. Ceyms əlavə edib ki, təyyarə təcili təxliyə edilib. Hava limanı və aviasiya şirkəti yanğının səbəbi barədə açıqlama verməyiblər.

Aviadaşıyıcı tərəfindən verilən bəyanatda mühərrikdəki nasazlıq aşkar edildikdən sonra təyyarənin Minneapolisə (MSP) 2668 saylı reysi üçün uçuşun dayandırıldığı bildirilib.

Hadisə ABŞ-ın cənub bölgəsini əhatə edən qar yağışları səbəbindən ciddi zərər çəkən bir hava limanında baş verib. Dörd sərnişindən biri tibb müəssisəsinə aparılıb, digərlərinə isə yerində yardım göstərilib.



Xəbəri paylaş

129 dəfə oxunub.

Digər xəbərlər
10-09-2020, 12:56 Sabaha olan hava proqnozu
21-02-2025, 12:39 Sabahın hava proqnozu