Saytımızı qiymətləndirin


 
 

Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib
Tarix: 08-02-2022 | Saat: 17:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib

Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov məhkəməyə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilən şəxs bağlı vəsatətə Sumqayıt Şəhər Məhkəməsində baxılacaq.

O, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini və azadlığa buraxılmasını istəyir.

Qeyd edilib ki, rəsmi məlumata əsasən, vətəndaş R.Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib.

R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Fevralın 3-də R.Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər