Saytımızı qiymətləndirin


 
 

Tanklar və “Pion” qaubitsaları sərhədin cəmi 10 kilometrliyində
Tarix: 08-02-2022 | Saat: 10:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna ətrafındakı situasiya belə görünür ki, “qaynama nöqtəsinə” yaxınlaşmaqdadır. Belə ki, Rusiya son günlər bu ölkə sərhədlərinə qoşun cəmləşdirilməsi prosesini daha da sürətləndirib və artıq tanklar, özüyeriyən artilleriya qurğuları, o cümlədən 203 millimetrlik “Pion” özüyeriyən qaubitsaları sərhədin cəmi 10 kilometrliyində görünüb. 

Qarabaginfo.az xəbər verir ki, quru sərhədləri ilə yanaşı Ukraynanın dəniz sərhədləri boyu da qüvvələr cəmləşdirilir, Qara dənizə bu gün Rusiyanın bir neçə desant gəmisinin daxil olacağı gözlənilir.

 

Vəziyyətin bu cür gərginləşməkdə olduğu bir vaxtda TASS məlumat yayıb ki, Kiyev ABŞ-dan təcili olaraq Xarkov ətrafında THAAD raketdən müdafiə komplekslərinin bir neçə diviziyonunu yerləşdirməyi xahiş edib. Agentlik bu məlumatı diplomatik mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, əgər Kiyevin bu istəyi yerinə yetirilsə kompleksin tərkibinə daxil olan radiolokasiya stansiyası Rusiya ərazisinin əhəmiyyətli hissəsində hava-kosmik məkanını izləyə biləcək.

“Kompleksin tərkibindəki AN/TPY-2 radolokasiya stansiyası Kiyevə və onun NATO-dakı müttəfiqlərinə Rusiya ərazisinin min kilometrə qədər dərinliklərinə “baxmaq” imkanı verə bilər”,-mənbə deyib.

 

THAAD (Theater High Altitude Area Defense) orta və böyük mənzilli ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Rəsmi Kiyev ABŞ-dan bu komplekslərlə bağlı xahiş etdiyini təsdiqləmir. ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays isə bu xəbəri şərh etməkdən imtina edib. Prays jurnalistlərə bildirib ki, o hipotetik planları şərh edə bilməz. “Mən barəsində danışılmayan addımları şərh edə bilmərəm. Onlar hipotetik addımlardır və baş tutmaya da bilər”,-o deyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə THAAD sistemlərinin Ukrayna ərazisində yerləşdirilməsinin “destablizasiyaya birbaşa yol açacağını” bildirib.

Qeyd edək ki, Rusiya Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi və alyansın Şəqi Avropada 1997-ci il sərhədlərinə çəkilməsi barədə ultiimativ tələblər irəli sürüb. Lakin ABŞ və NATO bu tələbləri qəbul etməyib. Rusiya rəhbərliyi bəyan edir ki, Moskva “təhlükəsizlik təminatı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə” cavab addımları atacaq. 

Bu arada sosial şəbəkələrdə Rusiya qoşunlarının Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında cəmləşdirilməkdə olduğunu göstərən yeni kadrlar da yayılmaqdadır. Son belə kadrlara əsasən Belqorod vilayətinin sakinləri Ukrayna sərhədlərindən cəmi 15 kilometr məsafədə yerləşən Vesyoloya Lopan dəmir yol stansiyasına 203 millimetrlik “Pion” özüyeriyən qaubitsalarını daşıyan eşalonunun daxil olduğunu görüblər. Eşalonda azı 10 belə qaubitsa yer alıb.  Bu qaubitsalar ilk dəfədir ki, Ukrayna sərhədləri yaxınlığında görünür.

 

Digər kadrlarda isə həmin dəmir yol stansiyasının yaxınlığında, Ukrayna sərhədlərindən cəmi 12 kilometr məsafədə çoxsaylı tankların və özüyeriyən qaubitsaların, habelə çoxsaylı hərbçilərin və hərbi yük avtomobillərinin cəmləşdirildiyi görünür. Sakinlər dəmir yol eşalonları ilə texnikanın və canlı qüvvənin gəlməkdə davam etdiyini bildirirlər

.

“BlackSeaNews” monitorinq qrupu isə bildirir ki, Rusiya Qara dəniz və Azov dənizində Ukraynaya qarşı gözlənilən müdaxilədə iştirak etmək üçün desant gəmiləri qruplaşmasını cəmləşdirir. Belə ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal və Baltik donanmalarının desant gəmiləri bu gün fevralın 8-də və sabah Qara dənizə daxil olacaq. Ötən bazar günü isə Şimal donanmasının “Marşal Ustinov” raket kreyseri Hibraltar boğazından keçərək Aralıq dənizinə daxil olub. Rusiya donanmasının “Donanma admiralı Kosatanov” və “Vitse-admiral Kulakov” raket kreyserləri də hazırda Aralıq dənizindədir. 

 

Beləliklə, Rusiya Hərbi Dəniz Qüvvələrinin arsenalında olan üç raket kreyserinin hamısı, hansı ki, sovet dövründə onları “təyyardaşıyanların qatili” adlandırırdılar,-Qara dəniz və Aralıq dənizindədir. Ehtimal edilir ki, onlar ABŞ-ın Ukrayna ətrafındakı situasiyaya mümkün müdaxiləsini əngəlləmək üçün cəmləşdiriliblər.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Azov dənizinə desant qrupları daşıyan sürətli katerlər apardığı məlum olmuşdu.

virtualaz.org

Bu arada sosial şəbəkələrdə Rusiya qoşunlarının Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında cəmləşdirilməkdə olduğunu göstərən yeni kadrlar da yayılmaqdadır. Son belə kadrlara əsasən Belqorod vilayətinin sakinləri Ukrayna sərhədlərindən cəmi 15 kilometr məsafədə yerləşən Vesyoloya Lopan dəmir yol stansiyasına 203 millimetrlik “Pion” özüyeriyən qaubitsalarını daşıyan eşalonunun daxil olduğunu görüblər. Eşalonda azı 10 belə qaubitsa yer alıb.  Bu qaubitsalar ilk dəfədir ki, Ukrayna sərhədləri yaxınlığında görünür. “BlackSeaNews” monitorinq qrupu isə bildirir ki, Rusiya Qara dəniz və Azov dənizində Ukraynaya qarşı gözlənilən müdaxilədə iştirak etmək üçün desant gəmiləri qruplaşmasını cəmləşdirir. Belə ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal və Baltik donanmalarının desant gəmiləri bu gün fevralın 8-də və sabah Qara dənizə daxil olacaq. Ötən bazar günü isə Şimal donanmasının “Marşal Ustinov” raket kreyseri Hibraltar boğazından keçərək Aralıq dənizinə daxil olub. Rusiya donanmasının “Donanma admiralı Kosatanov” və “Vitse-admiral Kulakov” raket kreyserləri də hazırda Aralıq dənizindədir. (virtualaz.org)


Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər