Saytımızı qiymətləndirin


 
 

ƏƏSMN: Müharibədən sonra 3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib
Tarix: 18-05-2023 | Saat: 11:13
Bölmə:Karusel / Sosial | çapa göndər

ƏƏSMN: Müharibədən sonra 3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibədən sonra 124 min şəxsə, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarına ümumilikdə 285 min müxtəlif sosial xidmət göstərilib.

Qarabaginfo.az xəbər verir ki, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib. O bildirib ki, həmin şəxslərdən 4 min 600 nəfər fərdi evlərlər təmin olunub:

"3900 nəfərin əlillik dərəcəsi müəyyən edilib. 1900 nəfər müxtəlif növ reabilitasiya vasitələri ilə təmin olunub. 416 nəfər isə 433 protezlə təmin olunub. Agentliyin tabeliyində olan 14 reabilitasiya mərkəzi vasitəsilə 2803 müharibə iştirakçısına psixoloji yardım göstərilib".



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər