Saytımızı qiymətləndirin


 
 

Vilyam Hacıyevin mənimsədiyi pulların bir qisminin miqdarı bəlli olub
Tarix: 07-02-2022 | Saat: 12:25
Bölmə:Karusel / Kriminal | çapa göndər

Vilyam Hacıyevin mənimsədiyi pulların bir qisminin miqdarı bəlli olub

 

Həbsdə olan İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin İcra Hakimiyyətinin hüquqşünası və rayonun baş memarı vasitəsilə mənimsədiyi pulların miqdarı bəlli olub.

Qarabaginfo.az xəbər verir ki, “Kriminalqafqaz”ın məlumatına görə, İH-in vəzifəli şəxslərinin ibtidai istintaqa verdiyi ifadələr məhkəmədə elan olunub. Onlar əsasən sabiq başçının göstərişi ilə rayon ərazisində tikinti aparmaq, ev növbəsində qabağa düşmək, torpağın təyinatını dəyişmək, böyük torpaq sahələrini icarəyə götürmək istəyən şəxslərdən başçının təyin etdiyi miqdarda pullar aldıqlarını etiraf ediblər.

Qurumun Hüquq şöbəsinin müdiri Rahib Zahidov V.Hacıyevin təkidi ilə 22 epizod üzrə müxtəlif vətəndaşlardan ümimlikdə 340 min manat rüşvət aldığını deyib.

Rayonun baş memarı Nazim Rəsulov isə sabiq başçının göstərişi ilə sahibkarlar və digər şəxslərdən 17 epizod üzrə ümumilikdə 36 min manata yaxın manat pul aldığını deyib. Bundan başqa baş memar bildirib ki, İH-in yeni inzibati binasının tikintisi üçün ayrılmış 4 milyon manat pul da təyinatı üzrə istifadə olunmayıb.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İmişli İcra Hakimiyyətini binasında keçirilən əməliyyatla həbs edilib.



Xəbəri paylaş

307 dəfə oxunub.

Digər xəbərlər