Saytımızı qiymətləndirin


 
 

Sabahın HAVASI
Tarix: 07-02-2022 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fevralın 8-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 1-6° isti olacaq.



Xəbəri paylaş

213 dəfə oxunub.

Digər xəbərlər