Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Türkiyə qida sertifikatlarını qarşılıqlı tanıyacaq
Tarix: 07-02-2022 | Saat: 11:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputatların işi bitdi: Milli Məclis on üç məsələni təsdiqlədi - 09.07.2021, Sputnik Azərbaycan

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi karantin tətbiq edilən zərərli orqanizmlər barədə məlumat mübadiləsi aparacaqlar.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Milli Məclisin plenar iclasına tövsiyə olunan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hər iki ölkədə qida məhsullarına verilən sertifikat nümunələrinin ekvivalentlik prinsipinə uyğun olaraq qarşılıqlı mübadiləsi, tanınması və dəyişikliklər barədə məlumat verilməsi təmin olunacaq. Eyni zamanda tərəflər dövlətlərin milli qanunvericiliyinə əsasən, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış qida məhsulları, eləcə də baytarlıq və fitosanitar nəzarəti altında olan qida məhsulları barədə məlumat mübadiləsi aparacaqlar.

Qeyd edək ki, bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Bu saziş qeyri-müəyyən müddətə qüvvədə qalır. Tərəflərdən biri istənilən vaxt digər tərəfə bu sazişin ləğv edilməsi niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı olaraq məlumat verə bilər. Ləğvetmə belə bildirişin alınmasından 6 ay sonra qüvvəyə minir.



Xəbəri paylaş

259 dəfə oxunub.

Digər xəbərlər