Saytımızı qiymətləndirin


 
 

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro ayırdı
Tarix: 25-04-2023 | Saat: 16:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro həcmində növbəti makromaliyyə yardımı ayırıb”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Tviter”də yazıb.

Onun sözlərinə görə, Brüssel Kiyevə Rusiya təcavüzünə qarşı müqavimət göstərməkdə, institutların və infrastrukturun fəaliyyətini saxlamaqda və vacib islahatlar aparmaqda kömək etməyə davam edəcək.

Vəsait Avropa Parlamentinin 2023-cü il üçün qəbul etdiyi 18 milyard avroluq makromaliyyə yardımı proqramının bir hissəsi kimi ayrılıb.

Martın 21-də ayrılan əvvəlki tranşın həcmi də 1,5 milyard avro idi.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər