Saytımızı qiymətləndirin


 
 

Avtobus qəzasında yaralananların SON DURUMU
Tarix: 07-02-2022 | Saat: 10:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması ilə bağlı daha bir məlumat yayıb.

 

Agentlikdən Qarabaginfo.az-a verilən məlumata görə, hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb:

 

"16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti stabildir, həkim nəzarətindədilər".

 

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb. İlkin ehtimala görə yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun sürücüsü idarəetməni itirməsi nəticəsində baş verib.

Qəza hadisəsi ilə bağlı araşdırma aparılır.



Xəbəri paylaş

275 dəfə oxunub.

Digər xəbərlər
31-03-2022, 09:56 Neft ucuzlaşdı